İranda ruhani fəal "molla geyimi"ndən ömürlük məhrum edildi

İranda ruhani fəal
 

Paralel.az xəbər verir ki, İnsagram fəalı, dini tələbə Mehdi Sədrossadati Xüsusi Ruhani Məhkəməsinin onu "ruhaniliyi təhqir etmək"də günahlandıraraq həmişəlik ruhani geyimindən məhrum edilməsi ilə bağlı qərar verdiyini deyib.

Sədrossadati Ekspertlər (Negəhban) Şurasının üzvü Məhəmmədrza Müdərrisi Yəzdinin kürəkəni olmasına baxmayaraq, son illərdə bəzi hökumət rəsmilərinin, o cümlədən İran Ali Milli Əmniyət Şurasının katibi Əli Şəmxaninin korrupsiya faktları ilə bağlı öz İnstagram hesabında qalmaqallara səbəb olan paylaşımlar edib.

Qeyd edək ki, onun qardaşı Ruhullah Sədrossadati də Ekspertlər Məclisinin üzvüdür.

O, məhkəmənin onun ruhani libasından məhrum edilməsi qərarı ilə bağlı da yazıb: "Ruhaniliyin məqamı nədir ki, mənim yazdıqlarımla ona xələl gəlsin? Əgər mən sussaydım, bu məqam qorunacaqdı? Bu boş və mövhumatçı məqamın və bu məqama bağlı olan insanların kül olsun başına!"
Akif Nəsirli

0.009544849395752