Zaxarova: Kommunikasiyaların açılmasından bütün Cənubi Qafqaz regionu faydalanacaq
“Ölkələrin Baş nazir müavinlərinin həmsədrlik etdiyi Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı əsas vəzifəsi həm Bakıya, həm də İrəvana uyğun həll yolları tapmaqdır”.
Paralel.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
O, işçi qrupunun bu istiqamətdə fəal iş apardığını və bundan sonra da tərəfdaşlara hərtərəfli köməklik göstərməyə hazır olduğunu qeyd edib. Zaxarova vurğulayıb ki, bütün Cənubi Qafqaz regionu kommunikasiyaların açılmasından faydalanacaq.