"Deputat dedi ki, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"

 

"My name is Intiqam" filminin ideyası 2013-cü ildə yazılmışdı. Ad çəkmirəm, amma Azərbaycanda tanıdığım deputata qədər yol tapıb görüşdüm. Kömək istədim ki, Azərbaycanda kommersiya filmlərinə başlamaq istəyirik. Xarici filmlər buradakı kinoteatrlarda zalları doldururlar. Niyə bizim Azərbaycan filmimiz olmasın? Biz gənclər çəkmək istəyirik. Mənə dedilər ki, "Qardaş, vallah, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?".

Paralel.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Günə bax" verilişində deyib. O, sözügedən filmin çəkilməsi üçün Rusiyadakı azərbaycanlıların ona dəstək olduğunu bildirib:

"Axırda Moskvada dostlarımız var idi, onların yanına getdik. Söhbət məclisdə açıldı. Orada bir ağsaqqal var idi. Tapşırdı ki, uşaqlara kömək edin. Onlar da birinci dedilər ki, vallah, biz "Qızmar günəş altında", "Əhməd haradadır?" filmlərini görmüşük, ondan sonra görməmişik. Amma yenə də sizə dəstək olarıq. Çalışın o pulu məhv etməyin. Bizə 70 min dollar dəstək oldular. Biz çəkdik və kinoteatrda 90-cı illərin çörək növbəsini yaratdıq".

 

0.023218154907227