Azərbaycanda 22 yaşlı qadın 2 dəfə ölüb-dirildi
27.08.2024-cü il tarixində 22 yaşlı vətəndaş sirkə turşusundan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.
Məkrəzdən Paralel.az -a verilən məlumata görə, xəstəyə qida borusu, mədə-bağırsaq qanaxması, kəskin tənəffüs çatışmazlığı, həmçinin kəskin böyrək çatışmazlığı diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.
Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 2 dəfə kliniki ölüm keçirib.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın apardıqları müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, həyati təhlükəsi geridə qalıb.
2 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.