İran rüşvət və korrupsiya görə 150-cidir

İran rüşvət və korrupsiya görə 150-cidir
 

Azərbaycan bu reytinq cədvəlinin 158-ci pilləsində dayanır

Paralel.az xəbər verir ki, İran rüşvətxorluğun ən çox yayıldığı ölkələrlə bağlı reytinq cədvəlində 180 ölkə arasında 150-ci yerdədir.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.

Reytinqə nəzər saldıqda İranın, hətta bölgə ölkələri içində də korrupsiyanın tüğyan etdiyi əsas ölkələrdən biri olduğu məlum olur.

Reytinq cədvəlində İran Qvineya, Qvatemala və Tacikistan kimi ölkələrlə bir sıradadır. Bununla da görünür ki, İranda rüşvətxorluğun yayılması baxımından durum Uqanda, Banqladeş, Mozambik və Anqoladan da pisdir.

Qeyd edək ki, bu reytinq cədvəlində Gürcüstan 45-ci, Ermənistan 58-ci, Azərbaycan isə 158-ci pillədə qərarlaşıb
Akif Nəsirli

0.013432025909424