ABŞ Ukraynaya üçüncü yardım təyyarəsini göndərdi

ABŞ Ukraynaya üçüncü yardım təyyarəsini göndərdi
 

Paralel.az xəbər verir ki, ABŞ-dan Ukraynaya silahla dolu üçüncü hərbi yardım təyyarəsi gəlib. Bu barədə Ukrayna mətbuatına ölkənin müdafiə nazirinin müavini Anna Maliar məlumat verib.

Onun sözlərinə görə, gətirilən hərbi yardım müdafiə üçün müasir texnika və sursatdır:

“ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə beynəlxalq texniki yardımı artıq ölkəmizdədir. Gələn yardımı Borispol hava limanında Müdafiə Nazirliyi və ABŞ səfirliyindən olan həmkarları qarşılayıb. Bu, müdafiə üçün müasir texnika və sursatdır".

Qeyd edək ki, bir neçə müdafiə yardımı paketindən birini çatdıran ilk təyyarə Ukraynaya yanvarın 22-də gəlib. 80 ton müdafiə silahı olan ikinci təyyarə isə yanvarın 23-də gəlib.
Akif Nəsirli

0.0098609924316406