Avropa səyahətlərə yeni qayda tətbiq edir

Avropa səyahətlərə yeni qayda tətbiq edir
 

Avropa İttifaqı (Aİ) Şurası koronavirus pandemiyası dövründə səyahətlərlə bağlı yeni tövsiyələr qəbul edib.

Paralel.az xəbər verir ki, fevralın 1-dən qüvvəyə minəcək yeni qaydaya görə, yoluxmanın çox yüksək olduğu bölgələr istisna olmaqla, şəxsin gəldiyi hər hansı ölkədə, yaxud regiondakı epidemioloji vəziyyət yox, onun mövcud səhhəti əsas götürüləcək.

Səyahət edən şəxsin COVID-19 rəqəmli sertifikatına malik olmayanlar isə son 24 saat ərzində verdikləri testin nəticələrinə dair sənəd təqdim etməli olacaqlar. Bu qayda həm Avropa İttifaqı məkanı daxilində, həm də qeyri-üzv ölkələrə və ya geriyə səyahət edən şəxslərə də tətbiq olunacaq.

Qeyd edək ki, Aİ Şurasının tövsiyələri hər hansı hüquqi qüvvəyə malik deyil
Akif Nəsirli

0.01022481918335