Rusiya-Gürcüstan avtomagistralı yenidən bağlanıb

Rusiya-Gürcüstan avtomagistralı yenidən bağlanıb
 

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bütün növ avtomobillər üçün bağlanıb.

Paralel.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumata görə, qadağa beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi məntəqəsinə şamil edilib.

Yolun Mleta-Qudauri hissəsində isə nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçirilir.
Akif Nəsirli

0.01078200340271