CNN-dən Ukrayna şəhərini Rusiya şəhəri qeydi

CNN-dən Ukrayna şəhərini Rusiya şəhəri qeydi
 

Paralel.az xəbər verir ki, ABŞ-da yerləşən CNN xəbər kanalı NATO baş katibi ilə müsahibədə Ukraynanın tanınmış şəhərini “Rusiya” adlandırıb: “Rusiya və Ukrayna arasında artan işğal iddiaları fonunda CNN ölkənin şərqindəki Xarkov şəhərini Rusiyanın bir hissəsi kimi qeyd edərək, ölkənin sərhədlərini dəyişib.
Xəbər aparıcısı Kristiane Amanpur NATO-nun baş katibi Yens Stoltenberqlə Avropadakı mövcud vəziyyətlə bağlı müsahibədə “CNN İnternational”ın proqramında Xarkov, Rusiya etiketi yer alıb.
Həmin vaxt CNN Rusiya Müdafiə Nazirliyinin zirehli texnikasının qış mənzərəsini seyr edərkən görüntülərini nümayiş etdirib.
Stoltenberq Amanpura deyib ki, NATO Rusiya ilə “silahlara nəzarət, tərksilah, hərbi fəaliyyətlərdə şəffaflıq, risklərin azaldılması mexanizmləri və Avropanın təhlükəsizliyi ilə bağlı digər məsələləri” müzakirə etməyə hazırdır, lakin onlar genişlənmə kimi “fundamental prinsipləri” müzakirə etməkdən imtina ediblər”.
Nigar

0.011550903320312