Polşa sərhəddə divar inşa edir

Polşa sərhəddə divar inşa edir
 

Paralel.az xəbər verir ki, Polşa rəhbərliyi sərhəddə divar tikintisinə başlayıb: “Keçən ilin yayından etibarən Belarusdan gələn qeyri-qanuni mühacirlərin sayının artması səbəbindən sərhəddə divar tikməyə qərar verən Polşa rəhbərliyi bu gün tikintiyə başlayıb.
Polşa Sərhəd Mühafizə Birliyinin sosial media hesabında yayımladığı video ilə tikintiyə başlanıldığı açıqlanıb. Videoda sərhəddə işləyən tikinti texnikasının görüntüləri olsa da, sözügedən divarın tikintisinin bölmə daxilində indiyə qədər edilən ən böyük tikinti sərmayəsi olduğu bildirilib.
Divarın tikintisinə Polşa-Belarus sərhəd xətti boyunca 4 fərqli bölgədə eyni vaxtda başlanıldığı və divarın uzunluğunun 186 kilometr, ümumi dəyərinin isə 1,6 milyard zloti (təxminən 350 milyon avro) olacağı bildirilib.
Divarın tikintisinin iyunun sonunadək başa çatdırılması planlaşdırılır”.
Nigar

0.010095119476318