"Qanuni oğru" prezidenti məhkəməyə verdi

 

Paralel.az xəbər verir ki, Kaxa Rustavsqi ləqəbi ilə tanınan "qanuni oğru" Kaxa Şuşanaşvili, prezident Salome Zurabişvilini məhkəməyə verib.

Şuşanaşvili prezidentdən vətəndaşlığını qaytarmasını tələb edib. Fransada ömürlük həbs cəzasına məhkum edilən "qanuni oğru" Kaxa Şuşanaşvili, vətəndaşlığının qaytarılması üçün Salome Zurabişviliyə rəsmi olaraq müraciət edib. Lakin Zurabişvili buna rədd cavabı verib və vətəndaşlığını qaytarmayıb. Şuşanaşvili isə prezidentin bu addımının ədalətsizlik olduğunu bildirərək onu məhkəməyə verib. Artıq “qanuni oğru”nun işi Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyası tərəfindən qəbul edilib.

Mənbənin verdiyi məlumata əsasən, Salome Zurabişvili 2020-ci ildə Kaxa Şuşanaşvilinin vətəndaşlığını ləğv edib.
Akif Nəsirli

0.014644861221313