Qadın fəal həbsdən azad edildi

Qadın fəal həbsdən azad edildi
 

Paralel.az xəbər verir ki, zun müddət həbsdə qalan mədəni və uşaq hüquqları üzrə fəal Atena Daemi yanvarın 24-də Rəşt şəhərinin Lakan zindanından azadlığa buraxılıb.

"Azad İran" Telegram kanalı xəbər verir ki, bu barədə Atena Daeminin bacısı Ensiye Daemi video paylaşaraq onun həbsdən azad edildiyini bildirib.

Xanım Daeminin azadlığa buraxılması onun bəraət alması və bu yaxınlarda Lakan zindanında ona qarşı açılmış dosye ilə bağlı mühakimə olunmasına qadağa qoyulması xəbərindən bir neçə saat sonra baş verib.

Xatırladaq ki, 29 yaşlı Atena Daemi 2016-ci ilin noyabr ayından bəri Evin zindanında olub, ötən ilin fevralından isə Lakan zindanına köçürülüb.

Qeyd edək ki, mədəni fəal Atena Daemi ilk dəfə 2015-ci ildə həbs edilib və Tehran İnqilab Məhkəməsi tərəfindən "milli əmniyətə qarşı toplaşma və əlbirolma", "hakimiyyət əleyhinə təbliğat fəaliyyəti" və "hökuməti tənqid etmə" ittihamları ilə 14 il həbs cəzasına məhkum edilmişdi.
Akif Nəsirli

0.0091590881347656