İranda yol qəzalarında ölənlərin sayı 11% artıb

İranda yol qəzalarında ölənlərin sayı 11% artıb
 

Paralel.az xəbər verir ki, İran Yol Polisi İdarəsinin rəisi 1400-cü ildə (2021) avtomobil qəzalarında ölənlərin sayının 11,7 faiz artdığını deyib.

Kamal Hadyanfər bu gün, yanvarın 25-də mediaya açıqlamasında bildirib: "Bu il avtomobil qəzalarında ölənlərin sayısı 13 min 154 nəfərə yüksəlib. Yəni yol qəzalarında ölənlərin sayında 11,7%-lik artım var".

O, İranda 38 milyon nəqliyyat vasitəsinin və 44 milyon sürücülük vəsiqəsi olan vətəndaşın olduğunu vurğulayaraq söyləyib: "Yol qəzalarının təxminən 34%-i yollarda baş verir və bu qəzaların 73%-i insan təlafatı ilə nəticələnir".

Hadyanfər sonda ölkədəki bütün nəqliyyat vasitələrinin 32%-nin, motosikletlərin isə 80%-nin köhnə olduğunu qeyd edib.
Akif Nəsirli

0.0091269016265869