Bayden müxbiri söyüb, sonra isə ona zəng edib

Bayden müxbiri söyüb, sonra isə ona zəng edib
 

Paralel.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən mikrofonunun açıq olduğunu unudaraq söyüş söydüyü eşidilib: “Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən mikrofonunun açıq qaldığını unudaraq müxbiri söyüb.
Fox News müxbiri ABŞ prezidenti Baydenə “Sizcə, ara seçkilər yaxınlaşdıqca inflyasiya siyasi məsuliyyət gətirəcəkmi” sualını verib. “Bu, daha çox inflyasiyadır” deyə Bayden istehza ilə cavab verib. Sonra isə onun mikrofonun açıq olduğunu unudaraq söyüş söydüyü eşidilib.
Fox News müxbiri Peter Doocy daha sonra Baydenin ona zəng etdiyini və  “bu, şəxsi bir şey deyil, dostum” dediyini söyləyib.
Ağ Evdən şərh sorğusuna cavab verilməyib.
Bayden bir il əvvəl vəzifəyə başlayıb və  hörmətsizliklə bağlı sərt mövqe tutacağına söz verib: “Əgər mənimlə işləyirsənsə və başqa birinə hörmətsizlik etdiyini eşitsəm, söz verirəm ki, heç nə dinləmədən dərhal işdən çıxaracağam. Hər kəsin ədəb və ləyaqətlə rəftar etmək hüququ var”.
Nigar

0.012986898422241