“Joxovurd” qəzeti:  “Rusiya hərbi bazası tezliklə Ermənistandan çıxarıla  bilər”

“Joxovurd” qəzeti:  “Rusiya hərbi bazası tezliklə Ermənistandan çıxarıla  bilər”
 

Paralel.az xəbər verir ki, “Joxovurd” qəzeti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını tikanlı məftillərin və hərbiləşdirilmiş sərhədlərin sökülməsini də nəzərdə tutduğunu yazıb: “Biz Ermənistanın Şirak bölgəsindən daim siqnallar alırıq ki, əgər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində hər şey qaydasında getsə, o zaman 102-ci hərbi bazanın yaxın gələcəkdə Gümrüdən çıxarılması mümkündür. Çünki bu, sadəcə olaraq lazım olmayacaq.
2010-cu ildə Ermənistan-Rusiya müştərək qoşunları haqqında saziş çərçivəsində imzalanan protokolda Gümrüdə yerləşən Rusiya hərbi bazasının 2044-cü ilə qədər orada qalmaq hüququ var. Bu mövzuda bölgənin qubernatoru Nazeli Bağdasaryanla söhbət etdik və o, 2010-cu ilin sənədini xatırladaraq, bizi Müdafiə Nazirliyinə müraciət etməyə çağırdı.
Qeyd edək ki, Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevin imzaladığı protokola əsasən, nəinki bazanın yerləşdirilmə tarixi müəyyən edilmişdi, həm də Rusiya tərəfi Ermənistanın hərbi təhlükəsizliyini birgə təmin etməyə və Ermənistana dəstək verməyə söz vermişdi”.
Nigar

0.011807918548584