ABŞ nüvə sazişi üzrə Tehranla birbaşa danışıqlara hazırdır

ABŞ nüvə sazişi üzrə Tehranla birbaşa danışıqlara hazırdır
 

Paralel.az xəbər verir ki, ABŞ hakimiyyəti İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası səyləri çərçivəsində İranla birbaşa danışıqlara hazırdır: “Bu barədə bazar ertəsi TASS-a Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
İranın xarici işlər naziri Hüseyn Əmir Əbdullahiyan bu gün səhər saatlarında Tehranın nüvə sazişi üzrə yaxşı razılaşma əldə etmək üçün lazım gələrsə, Vaşinqtonla birbaşa danışıqlar apara biləcəyini deyib.
“Biz birbaşa görüşməyə hazırıq. Biz uzun müddətdir ki, İranla həm JCPOA, həm də digər məsələlər üzrə birbaşa əlaqə saxlamağın daha məhsuldar olacağı qənaətindəyik. Bu, ikitərəfli və çoxtərəfli formatlara aiddir”, - Dövlət Departamentinin nümayəndəsi TASS-a İran tərəfinin bəyanatını şərh edərkən deyib.
“Üzbəüz görüş daha effektiv ünsiyyətə imkan verəcək, bu, anlaşmaya nail olmaq və JCPOA-nın həyata keçirilməsinə qarşılıqlı qayıdış üçün təcili olaraq lazımdır. İranın nüvə sənayesində irəliləyiş tempini nəzərə alsaq, JCPOA-nın qarşılıqlı əsasda həyata keçirilməsinə tam qayıdış haqqında anlaşmaya nail olmağımıza çox az vaxt qalıb. Hətta fikir ayrılıqlarını həll etmək üçün birbaşa görüşmədən bu fürsəti əldən vermək çox təəssüfləndirici olardı”, - ABŞ rəsmisi deyib”.
Nigar

0.011238098144531