“ABŞ-ın bu gün Avropada ciddi münaqişə üçün gücü yoxdur”

“ABŞ-ın bu gün Avropada ciddi münaqişə üçün gücü yoxdur”
 

Paralel.az xəbər verir ki, israilli ekspert Yakov Kedmi müharibə olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Sərhəddə nə qədər çox qoşun varsa, bir o qədər çox şey olacaq. Qəsdən - yox, təsadüfən, bəli.
Ukrayna tərəfindən atəş açılmasına reaksiya olmasa, Ukrayna ilə heç bir hərbi əməliyyata ehtiyac yoxdur. Rusiya artıq buna cavab hazırlayıb, məsələ çox tez həll olunacaq. Hər şey Rusiya siyasətində hadisələrin inkişafı üçün hansı ssenarilərin qoyulmasından asılıdır.
Bu gün nə qədər isterik olsalar, vəziyyəti bir o qədər gərginləşdirirlər, lakin hərbi əməliyyatlara keçmək üçün real və konkret addımlar atmırlar. Bu, böyük hərbi əhəmiyyət kəsb etməyən, lakin təbliğat əhəmiyyətinə malik olan xırda işlərdir.
ABŞ-ın bu gün Avropada ciddi münaqişə üçün gücü yoxdur. Onların böyük birləşmələri köçürmək və hərbi əməliyyata hazırlamaq imkanları yetərli deyil”.
Nigar

0.010431051254272