ABŞ Kiyevdəki diplomat ailələrinə Ukraynadan  çıxmağı əmr edib

ABŞ Kiyevdəki diplomat ailələrinə Ukraynadan  çıxmağı əmr edib
 

Paralel.az xəbər verir ki, yanvarın 23-də ABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinin ölkəni tərk etmələrini tələb edən sərəncam verib. Departamentin əmri diplomatik heyətin bəzilərinə də təsir edib.

“Dövlət Departamenti fövqəladə hallarla bağlı olmayan tapşırıqları yerinə yetirən ABŞ dövlət işçilərinin könüllü şəkildə ölkədən getməsinə icazə verdi.

Eyni zamanda, Dövlət Departamenti ABŞ dövlət qulluqçularının ailə üzvlərinə Amerikanın Kiyevdəki səfirliyini tərk etməyi əmr etdi",- deyə qeyddə bildirilir.

Bundan əlavə, departament hazırda Ukraynada olan ABŞ vətəndaşlarına ölkəni tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.

Dövlət Departamentinin rəsmisinin aydınlaşdırdığı kimi, məzuniyyət icazəsi diplomatik missiyanın üzvlərinə istədikləri təqdirdə getmək imkanı verir, lakin onlardan bunu etmək tələb olunmur. Diplomatların ailə üzvlərinin Ukrayna ərazisini tərk etmələri tələb olunur.

Daha sonra Dövlət Departamentinin nümayəndəsi xüsusi brifinqdə bildirib ki, Ukraynada gərginliyin artacağı təqdirdə ABŞ hakimiyyəti öz vətəndaşlarını ölkədən çıxara bilməyəcək. O, izah edib ki, Vaşinqton Rusiyanın “hər an” Ukraynada hərbi əməliyyatlara başlayacağını gözləyir, ona görə də oradakı ABŞ vətəndaşları özbaşına ölkəni tərk etməyi düşünməlidirlər.

Həmin gün ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna sərhədində “davam edən gərginlik” səbəbindən Amerika vətəndaşlarına Rusiya Federasiyasına səfər etməməyi məsləhət bilən tövsiyə verib.

Yanvarın 21-də Fox News-un müxbiri Lukas Tomlinson bildirib ki, ABŞ Dövlət Departamenti yanvarın 24-dən etibarən Ukraynadakı diplomatlarının ailələrinin təxliyəsinə başlamağı əmr edib. Eyni zamanda, Dövlət Departamentinin özü belə məlumatı təsdiqləməyib.
Akif Nəsirli.

0.0096399784088135