NATO Ukraynanın müdafiəsini gücləndirir

NATO Ukraynanın müdafiəsini gücləndirir
 

Paralel.az-ın məlumatına görə, NATO bəyan edib ki, Ukrayna ilə bağlı narahatedici vəziyyətlə bağlı Şərqi Avropada qüvvələrini daha da gücləndirir:

- Danimarka Baltik dənizinə freqat və Latviyaya 4 F-16 qırıcıları göndərir;

- İspaniya Bolqarıstana gəmilər və qırıcılar göndərməyə hazırlaşır;

- Fransa Rumıniyaya əlavə qüvvələr göndərməyə hazır olduğunu bəyan edib;

- Niderland Bolqarıstana 2 F-35 qırıcısı göndərir və gəmilərini və quru qüvvələrini döyüş hazırlığı vəziyyətinə keçirib;

- ABŞ Şərqi Avropada hərbi qüvvələrini artırmaq imkanlarını nəzərdən keçirir.
Akif Nəsirli

0.010504007339478