NATO-dan Şərqi Avropaya bəyanat: “Biz minlərlə əsgərə  “hazır olmaq” əmrini verdik”

NATO-dan Şərqi Avropaya bəyanat: “Biz minlərlə əsgərə  “hazır olmaq” əmrini verdik”
 

Paralel.az xəbər verir ki, NATO-dan Şərqi Avropaya minlərlə əsgərə “hazırlanmaq” bəyanatı verilib: “Qərb dünyasının, xüsusilə ABŞ və İngiltərənin “Rusiya Ukraynanı işğal etməyə hazırlaşır” iddiaları davam edərkən, NATO Şərqi Avropaya hərbi gücləndirmə bəyanatı verib. NATO-nun baş katibi Yens Stoltenberq minlərlə əsgərə “hazır olmaq” əmri verdiklərini bildirib.
Stoltenberq Rusiyanın Ukrayna sərhədinə qoşun yeritməsini əsas gətirərək, NATO-nun Şərqi Avropadakı hərbi gücünü “çəkindiriciliyi artırmaq” üçün genişləndirmək qərarına gəldiyini açıqlayıb. O, NATO müttəfiqlərinin daha çox gəmi və döyüş təyyarəsi göndərəcəyini bildirib. “NATO bütün müttəfiqlərini qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək, o cümlədən alyansın şərq hissəsini gücləndirəcək” deyə,  NATO baş katibi əlavə qüvvələr göndərdiklərinə görə üzvlərə təşəkkür edib”.
Nigar

0.0095658302307129