Mixail Saakaşvilinin məhkəməsi davam edir

Mixail Saakaşvilinin məhkəməsi davam edir
 

Bu gün eks-prezident Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Paralel.az xəbər verir ki, iclas Tbilisi Şəhər Məhkəməsində saat 12:00-da başlayıb.

Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin zorla dağıdılması, “İmedi” teleşirkətinə müdaxilə və iş adamı Badri Patarkatsişvilinin əmlakının qanunsuz olaraq ələ keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, M. Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Akif Nəsirli

0.0097100734710693