Dörd nazir koronavirusa yoluxdu

Dörd nazir koronavirusa yoluxdu
 

Paralel.az xəbər verir ki, Gürcüstan hökumətinin dörd üzvündə koronavirus aşkarlanıb.

Bu barədə məlumatı Hökumət Admnistrasiyası təsdiqləyib. Məlumata əsasən, Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze, Təhsil naziri Mixeil Çxenkeli, Ətraf mühit və Kənd təsərrüfatı naziri Levan Davitaşvili və Regional inkişaf və infrastruktur naziri İrakli Karseladze koronavirusa yoluxublar.

Qeyd edək ki, virusa yoluxan nazirlər hökumətin bu gün keçirilən iclasında iştirak etməyiblər.
Akif Nəsirli

0.011155128479004