Türkiyədən keyfiyyətli və ucuz dərmanlar gətirin!

Türkiyədən keyfiyyətli və ucuz dərmanlar gətirin!
 

Gürcüstanın Baş naziri idxalçı şirkətləri tez bir zamanda Türkiyədən keyfiyyətli və ucuz dərmanlar gətirməyə çağırıb.

Paralel.az xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili hökumətin bu günki iclasında qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti idxalçıların keyfiyyətli və ucuz dərmanları vaxtında çatdırmasını gözləyir:

"Söz verdiyimiz kimi Türkiyə bazarını açdıq, indi idxalçıların keyfiyyətli və ucuz dərmanları vaxtında çatdırmasını gözləyirik. Mən bir daha idxalçıları bu dərmanları vaxtında idxal etməyə çağırmaq istərdim ki, bu da, fikrimizcə, dərmanların qiymətini xeyli aşağı salacaq", - deyə Qaribaşvili bildirib.
Akif Nəsirli

0.010405778884888