İranlı Xomeyninin heykəlini “dağıtmaq”da ittiham edilib

İranlı Xomeyninin heykəlini “dağıtmaq”da ittiham edilib
 

Paralel.az xəbər verir ki, İsfahan vilayətinin Ərdistan şəhərinin başçısı bir nəfərin İslam Cümhuriyyətinin qurucusu Ruhullah Xomeyninin heykəlini dağıtmaq ittihamı ilə həbs edildiyini deyib.

Həmidrza Təəmmoli bu haqda deyib: "Xomeyninin Ərdistan şəhərindəki heykəlini “təhqir edən” şəxs ən qısa vaxtda müəyyən edilərək tutulub və zindana salınıb".

O, habelə iddia edib ki, guya həbs edilmiş şəxs daha öncə də uyuşdurucu maddə istifadəçisi olaraq həbsə düşüb və hələlik onun İslam Cümhuriyyətinin banisinin heykəlini dağıtmaqda niyyətinin olması barədə fikir söyləmək tezdir.

Qeyd edək ki, Xomeyninin heykəlinin dağıdılması 1979-cu ildə onun İrana geri dönərək inqilab etməsinin və İslam Cümhuriyyətini qurmasının 43-cü ildönümü ərəfəsinə təsadüf edib. Bununla bağlı mərasimlər İranda hər il fevralın 1-dən 11-dək qeyd edilir.
Akif Nəsirli

0.010116100311279