ABŞ və Böyük Britaniyanın “ölkəni tərk edin” çağırışına Ukraynadan açıqlama

ABŞ və Böyük Britaniyanın “ölkəni tərk edin” çağırışına Ukraynadan açıqlama
 

Paralel.az xəbər verir ki, ABŞ və Böyük Britaniyanın “ölkəni tərk edin” çağırışına Ukraynadan gözlənilən açıqlama gəlib: “ABŞ-dan sonra Böyük Britaniya da Kiyev səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etməyi əmr edib.  Ukrayna bu bəyanatları  “ifrat tədbirlər” kimi qiymətləndirdiyini bildirib.
Böyük Britaniyanın Ukraynadakı səfirliyindən verilən açıqlamada bəzi məmurların və onların qohumlarının “Rusiya təhlükəsinin artmasına” cavab olaraq Kiyevdən geri çəkildiyi bildirilib.
Ukrayna XİN sözçüsü Oleq Nikolenko “Amerika tərəfinin belə bir addımını erkən və həddindən artıq tədbir” kimi dəyərləndirib.
Dövlət Departamenti vacib olmayan işçilərin ölkəni tərk etməsinə icazə versə də, Ukraynadakı ABŞ vətəndaşlarından oxşar variantı nəzərdən keçirmələrini xahiş edib.
Ukrayna sərhədində 100 min nəfərlik hərbi birləşmələrini yerləşdirən Rusiya Ukraynanı işğal etməyi planlaşdırdığına dair iddiaları təkzib edib”.
Nigar

0.011271953582764