Meksikalı jurnalist güllələnib

Meksikalı jurnalist güllələnib
 

Paralel.az xəbər verir ki, Meksikada jurnalist qadın güllələnib: “Aşağı Kaliforniya ştatının keçmiş qubernatoruna qarşı məhkəmədə qalib gəldiyini elan edən meksikalı jurnalist Lourdes Maldonado Tixuanadakı evinin yaxınlığında güllələnib. İlkin məlumata görə, jurnalist evinə avtomobillə gələn zaman ona silahlı basqın edilib. Bir sıra KİV-lər qadının başından güllə yarası aldığını yazır.
Maldonado keçən həftə 9 illik məhkəmə çəkişməsindən sonra işlədiyi Primer Sistema de Noticias şirkəti olan keçmiş Aşağı Kaliforniya qubernatoru Jaime Bonilla Valdezə qarşı əmək iddiasını qazandığını söyləyib. Bundan əlavə, o, keçmiş dövlət baş prokuroru, Valdezin vəkili Guillermo Ruiz Hernandezi vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə ittiham edərək məhkəməyə verib.
Məlumata görə, 2019-cu ildə ölkə prezidenti Andrés Manuel Lopez Obradorun mətbuat konfransında jurnalist Valdesə qarşı iddiası barədə məlumat verib və həyatı üçün qorxduğunu bildirib. 2021-ci ildən o, federal hökumətin himayəsindədir.
Maldonado son bir həftədə Aşağı Kaliforniyada öldürülən ikinci jurnalist olub. Daha əvvəl bildirilib ki, kriminal jurnalist Marqarito Martinez Tixuanadakı evinin astanasında güllələnib. Martinez yerli və beynəlxalq nəşrlərlə müəllif və fotoqraf kimi əməkdaşlıq edib.
 2021-ci ildə Meksikada yeddi jurnalist öldürülüb ki, bu da dünyanın istənilən ölkəsində ən yüksək rəqəmdir”.
Nigar

0.047158002853394