Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 
ABŞ-da Rusiyaya qarşı, daha sarsıdıcı yeni sanksiyalar lahiyəsi, konqresə təqdim edilib. Sanksiyalar paketini respublikaçı konqresmen Cim Benks hazırlayıb və hazırda 38 konqresmen tərəfindən paket dəstək alıb.
 ,, Putin Aktı "adı ilə təqdim olunan bu məhdudiyyət paketi, Rusiya üçün çox öldürücü və kabus bir sənəd kimi qəbul edilir.
 Məsələ burasındadır ki, bu sənəd Rusiyanın Ukraynaya hücum edib etməməsindən asılı olmayaraq tətbiq oluna bilər. 
 İnandırıcı olmasa da, bu sanksiya paketi qəbul edildiyi təqdirdə, dünya ölkələrindən sənəd birmənalı olaraq dəstək ala bilməyəcək. Hətta Abş-ın öz müttəfiqləri belə, Ukraynaya hərbi hücum olmadığı təqdirdə, bu sənədin tətbiq edilməsinə etiraz edə bilmələri gözləniləndi. Çünki, Rusiya ilə iqtisadi cəhətdən səmərəli əlaqələrə malik olan ölkələr, öz maraqları naminə bunu qəbul etmək istəmirlər. 2014-2017 illərdə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və ondan öz nəsibini alan çoxsaylı Avropa ölkələri şirkətlərini buna əsas səbəb kimi göstərmək olar.
 Bütün baş verənlər ətrafında isə, Rusiyanın öz tələbləri və öz həqiqətləri mövcuddur. Bu tələblər nə dərəcədə doğru və  tətbiqi nə qədər həqiqətə uyğun olacağına inanmaq çətindir, amma zaman hər şeyi həll edəcək.
Paralel.az
0.0097041130065918