Rusya XİN Qərbi ciddi siyasi qərarlarla hədələdi

Rusya XİN Qərbi ciddi siyasi qərarlarla hədələdi
 

Ryabkov: "Rusiya heç kimlə münaqişə istəmir, öz maraqlarını təmin etmək istəyir"

Paralel.az xəbər verir ki, Qərbin Avropada təhlükəsizlik təminatları ilə bağlı təkliflərə reaksiyası mənfi olarsa, Rusiya ciddi siyasi qərarlar qəbul edəcək.

TASS xəbər verir ki, bununla bağlı xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ və NATO-nu hədələyib.

“Biz münaqişə istəmirik, heç kimə hücum etmirik, heç kimə hədə-qorxu gəlmirik. Biz öz maraqlarımızı etibarlı şəkildə təmin etmək istəyirik”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, hazırda Şimali Atlantika Alyansı və Vaşinqton Moskvanın təkliflərinə yazılı cavab verməyib.
Akif Nəsirli

0.010449886322021