Belarus konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçriləcək

Belarus konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçriləcək
 

Paralel.az xəbər verir ki, Belarus konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum fevralın 27-nə təyin edilib.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumu fevralın 27-nə təyin edib, dövlət başçısının mətbuat xidməti cümə axşamı bildirib.

“Belarus prezidenti Aleksandr Lukaşenko yanvarın 20-də “Respublika referendumunun təyin edilməsi haqqında” 14 saylı fərman imzalayıb. Sənədə əsasən, Belarus Respublikasının konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə respublika referendumu 2022-ci il fevralın 27-nə təyin edilib”, - məlumatda deyilir.

Orada deyilir ki, fərman referenduma çıxarılan və səsvermə bülletenində sualın mətni belə müəyyən edir: “Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”. Fərmanda referenduma çıxarılan konstitusiyaya əlavə və dəyişikliklər öz əksini tapıb.

Mətbuat xidmətinin məlumatına görə, referendumda qəbul edilən qərar rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minəcək. “Müəyyən edilib ki, referendumla qəbul edilmiş qərar konstitusiyanın tərkib hissəsidir”, - məlumatda deyilir.

Seçkilər və Respublika Referendumunun Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasına referendumun keçirilməsini təşkil etmək, onun nəticələrinin yekunlaşdırılmasını təmin etmək və müvafiq sahədə qanunvericiliyin icrasına nəzarəti həyata keçirmək tapşırılıb.

Xüsusi yaradılmış komissiya və işçi qrup tərəfindən hazırlanmış konstitusiyaya dəyişikliklər layihəsi dekabrın sonunda ictimai müzakirə üçün dərc edilib. Daha sonra layihənin ümumxalq müzakirəsi təşkil edilib və bu müddət ərzində belaruslar sənədlə bağlı təkliflərini Şuraya göndərə bilərlər. Bu müddət ərzində ölkə səlahiyyətlilərinə layihə ilə bağlı vətəndaşlardan 7 mindən çox təklif daxil olub.

Xüsusilə, daha əvvəl dərc edilmiş layihədə Belarusun prezident respublikası olaraq qalması nəzərdə tutulur. Eyni zamanda, bir şəxsin iki müddətdən artıq olmayaraq prezident ola bilməsi qaydasının müəyyən olunmasi təklif edilir.
Akif Nəsirli

0.011040925979614