Ermənilər delimitasiyaya tələsir

Ermənilər delimitasiyaya tələsir
 

Paralel az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Avropa Şurasının nümayəndələri ilə görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verənlər müzakirə mövzusu olub. Ermənistan Təhlükəsizlik Şurasının sədri sərhəddə delimitasiya və demarkasiya prosesinin başlanmasının vacibliyini vurğulayıb.

Bu arada Rusiya XİN-i də məsələyə münasibət bildirob:

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, o cümlədən regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması bu günün prioritet vəzifələrdir. Bu sahələrdə irəliləyişə nail olmaq Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyiş əldə etməyə imkan verəcək”

Rusiya XİN-dən o da bildirilib ki, bu il Rusiya ilə MDB-nin əksər dövlətləri arasında, o cümlədən Azərbaycanla və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur: “Ölkələrin hər biri ilə biz seriya yubiley tədbirləri hazırlayırıq. Nəzərə alsaq ki, bir sıra tədbirlər mədəni və maarifləndirici xarakterli olacaq, onların həm də ictimaiyyət üçün maraqlı olacağını hesab edirik”.
Akif Nəsirli

0.01223087310791