“Ermənistan” bloku: “Ermənistanda jurnalistlərə qarşı ardıcıl terror həyata keçirilir”

“Ermənistan” bloku: “Ermənistanda jurnalistlərə qarşı ardıcıl terror həyata keçirilir”
 

Paralel.az xəbər verir ki, “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan jurnalistlərin daimi, o cümlədən parlament tribunasından hücumlara məruz qaldığını vurğulayıb: “Bu proseslərə müqavimət göstərilməsə, zamanında məhkəmə binaları bağlandığı kimi medianın redaksiyaları da bağlanacaq.

1-2 hal istisna olmaqla, siz jurnalistlər qətiyyətli addım atmamısınız. Ona görə də davam etmək mümkün deyil. Siz terrorun qurbanı olursunuz”.
Manukyan Ermənistanda baş verən təhlükəli proseslərlə bağlı beynəlxalq strukturlara müraciət edəcəyinə söz verib. Parlament çoxluğuna müraciət edən müxalifətçi xüsusilə xatırladıb ki, onlar həmişə hakimiyyətdə olmayacaqlar: “Unutmayın ki, hakimiyyətdə olmayanda sizin də bu müdafiəyə ehtiyacınız olacaq. Ümumi mənafe naminə terrora yol verməyin”.
Nigar

0.010725975036621