Bu o deməkdir ki...
2021-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatının real miqyası pandemiyadan əvvəlki ilə nisbətən təxminən 1% böyüyüb.
Lakin nominal rəqəmlər üzərindən, yəni qiymət miqyasının artması hesabına 12% genişlənib.
Bu o deməkdir ki, ÜDM-i təşkil edən bütün əmtəə və xidmətlər baza götürülsə, manat son 2 ildə alıcılıq qabiliyyətini 12%-dən çox itirib.
Lakin qida və qeyri-məhsuları səbətinə münasibətdə bu göstərici fərqlidir. Məsələn, ən zəruri mallardan təşkil edilmiş qida səbətinə münasibətdə manat alıcılıq qabiliyyətini 20%-dən çox itirib.
Rövşən Ağayev
Paralel.az