Erməni deputat: “Sərhədi qorumaq dövlətin işidir”

Erməni deputat: “Sərhədi qorumaq dövlətin işidir”
 

Paralel.az xəbər verir ki, erməni deputat Mxitar Zakaryan məğlub ölkəsinin mövcud vəziyyətindən bəhs edib: “Ermənistan-Azərbaycan sərhədində qüvvələrimizin çıxarılması halında ordumuz hara çəkiləcək? Bütün mümkün və qeyri-mümkün geri çəkilmələr artıq həyata keçirilib.
Son illərin reallıqları və acınacaqlı təcrübə qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması prosesi ilə bağlı nikbinlik yaratmır. Qonşularımızla dialoq aparmalıyıq, amma indi bizim mövqeyimiz daha çox vassal və adaptiv mövqeyə bənzəyir.
Bizim qoşunların 45 kv.m əraziyə geri çəkildiyini sakitcə deməsi faciəvidir. Bu, kabusa bənzəyir, biz elə bir dövlətdə yaşayırıq ki, sərhəd təhlükəsizliyi yerli ağsaqqallarla əhali arasında bazara çevrilir. Sərhəd mühafizəsi dövlətin işidir, iradəli oğlanların, kənd ağsaqqallarının yox. Bu yanaşma ilə uğur əldə etməyəcəyik”.
Nigar

0.010157108306885