Ukrayna Rusiya və Belarusun enerji sistemləri ilə əlaqəni kəsib

Ukrayna Rusiya və Belarusun enerji sistemləri ilə əlaqəni kəsib
 

Paralel.az xəbər verir ki, Ukrayna energetika naziri Brüsseldə keçirdiyi brifinqdə Ukraynanın Rusiya və Belarusun enerji sistemlərindən ayrılma və Aİ şəbəkələrinə qoşulmanın son mərhələsinə çatdığını bildirib: “İndi biz son mərhələdəyik. Bu il iki dəfə təcrid olunmuş rejimdən keçməyi planlaşdırırıq”.
Ukrayna dəfələrlə Belarus və Rusiyadan elektrik enerjisi almaqdan imtina edib. Ukrayna Energetika Nazirliyi ölkənin Rusiya və Belarus elektrik enerjisinə ehtiyacı olmadığını bəyan edib. Lakin kömür ehtiyatlarının aşağı olması və elektrik enerjisinin kəsilməsi riski Kiyevi mövqeyini dəyişməyə məcbur edib.

 2019-cu ilin payızında Ukrayna dörd illik fasilədən sonra Rusiyadan elektrik enerjisi almağa başlayıb. O vaxtdan bəri idxal bir neçə dəfə başlayıb və dayandırılıb.
2021-ci ildə Ukrayna kömür qıtlığına görə Rusiya və Belarusdan elektrik enerjisi alışını artırıb. Noyabrda səkkiz şirkət Rusiyadan idxal üçün mövcud olan 2200 meqavat enerji alıb. Əvvəllər ukraynalı idxalçılar Belarusdan təklif olunan bütün həcmi - 900 meqavat alıb”.
Nigar
0.010339975357056