Ukrayna prezidenti  Rusiyanın sanksiyalardan sağ çıxacağına əmindir

Ukrayna prezidenti  Rusiyanın sanksiyalardan sağ çıxacağına əmindir
 

Paralel.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ona qarşı mümkün yeni sanksiyalardan sağ çıxa biləcəyinə əmin olduğunu bildirib: “Daha əvvəl “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat vermişdi ki, Zelenski bu yaxınlarda Kiyevə səfər etmiş ABŞ senatorlarını Rusiyadan ona qarşı sanksiyalar tətbiq etmək üçün ehtimal edilən eskalasiyanı gözləməyə yox, indi məhdudiyyətlər tətbiq etməyə çağırıb.
Zelenski “Washington Post” qəzetinə çoxlu ehtiyatlara malik olan Rusiyanın sanksiyalara tab gətirə biləcəyi sualına “Tamamilə” deyib: “Ona görə də siz hətta əhəmiyyətli sanksiyalar tətbiq edəndən sonra onlar sizə baxıb deyəcəklər: “Bax, biz bunun öhdəsindən gələ bilərik”.
“Mən indi sanksiyaların tətbiqini dəstəkləyirəm” - Zelenski deyib”.
Nigar

0.0091078281402588