Papua-Yeni Qvineya ölüm hökmünü ləğv edib

Papua-Yeni Qvineya ölüm hökmünü ləğv edib
 

Paralel.az xəbər verir ki, Papua-Yeni Qvineya ölüm hökmündən imtina edib. Bu ölkədə ölümə məhkum edilənlərin hamısı 30 il müddətinə amnistiya olmadan ömürlük həbs cəzasına məhkum ediləcək.
Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qanunu bir gün əvvəl qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə münasibətdə ləğv edilib. Ölkədə yeganə edam üsulu asılma idi.
Nigar

0.0098719596862793