İraqda İŞİD-in hücumu nəticəsində 11 əsgər həlak olub

İraqda İŞİD-in hücumu nəticəsində 11 əsgər həlak olub
 

Paralel.az xəbər verir ki, Bağdadın şimal-şərqindəki Diyala vilayətində silahlıların hücumu nəticəsində 11 İraq əsgəri həlak olub: “10-dan çox yaraqlı bu gün səhər saatlarında Əl-Talia və Umm əl-Kərəmə kəndləri arasında ordunun qərargahına hücum edib. 11 hərbçi hücumun qurbanı olub. Hadisənin baş verdiyi ərazi Diyala və Salahəddin əyalətləri arasındakı sərhəddə zəif təhlükəsizlik tədbirləri görüldüyü üçün mütəmadi olaraq silahlılar tərəfindən hədəfə alınır.
İraq hökumətinin məlumatına görə, yaraqlılar ötən il ərzində İraqda pusqu, intiharçı hücumları, saxta nəzarət-buraxılış məntəqələri, adam oğurluğu və raket hücumları da daxil olmaqla 250-dən çox hücum həyata keçirib. Bu hücumların qurbanları 387 nəfər olub, 500-dən çox insan yaralanıb”.
Nigar

0.009598970413208