Tomas de Vaal: “Ermənistan və Türkiyə üçüncü cəhddə münasibətləri normallaşdıra biləcəkmi?”

Tomas de Vaal: “Ermənistan və Türkiyə üçüncü cəhddə münasibətləri normallaşdıra biləcəkmi?”
 

Paralel.az xəbər verir ki, Tomas de Vaal “Carnegie Europe”də yazır: “Optimizmin əsas səbəbi Bakının etirazlarından əl çəkməsidir. 44 günlük müharibədən sonra Türkiyənin münasibətləri dondurmasının formal səbəbi aradan qaldırılıb. Sürix protokolları prosesinə qeyri-müəyyən münasibət bəsləyən Rusiya da buna mane olmur.

Yeni danışıqlar Türkiyə prezidenti Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi yuxarıdan aşağıya doğru aparılan bir prosesdir. Hər ikisi onun işində milli maraqları müəyyənləşdirdi. Lakin onların heç biri konsensus axtarmır, geniş məsləhətləşmələrdə iştirak etmir, əvvəlki danışıqlarda təcrübəsi olanlara müraciət etmir. Baş erməni müzakirəçi Ruben Rubinyanın cəmi 31 yaşı var və bu məsələdə təcrübəsi yoxdur, lakin o, Paşinyanın yaxın adamıdır.

Liderlərin hələ də şübhə edənləri qazanmaq üçün ünsiyyət strategiyası yoxdur. Ermənistanda 2020-ci il müharibəsində Türkiyənin Azərbaycana hərbi yardımı səbəbindən Türkiyəyə qarşı acıq hələ də güclüdür.

Türkiyədə seçkilər yaxınlaşdıqca, Ərdoğan özünün ultra-millətçi de-fakto koalisiya partnyoru Milliyyətçi Hərəkat Partiyasını (MHP) uzaqlaşdırmaqdan ehtiyat edəcək.

Danışıqlar uğursuz olarsa, böyük ehtimalla bu, Azərbaycan faktoru ilə bağlı olacaq.
Bakı hakimiyyəti Qərbi Azərbaycanla Naxçıvanı Ermənistan üzərindən birləşdirən bərpa edilmiş avtomobil və dəmir yolu xətlərinə, onların Zəngəzur dəhlizi adlandırdıqları marşruta mümkün qədər suveren nəzarət etmək istəyir.

Azərbaycan və Türkiyə prezidentləri Ermənistanın etirazları üzərində dəhlizin təmin edilməsinin münasibətlərin normallaşması üçün ilkin şərt olduğu barədə razılığa gəlsələr, danışıqlar iflasa uğraya bilər.

Yuxarıdan aşağıya doğru siyasi proses heç bir prosesdən daha yaxşıdır. Bağlanan sərhəd yenidən açılsa, təkcə bu, ermənilərlə türklər arasında minlərlə şəxsi əlaqələri stimullaşdıracaq. Bu təşəbbüs çatışmazlıqlarına baxmayaraq, geniş dəstəyə layiqdir”.
Nigar

0.010552883148193