Zas: “Vəziyyəti normallaşdırmaq üçün sərhədin delimitasiyası və demarkasiyası üzərində iş lazımdır”

Zas: “Vəziyyəti normallaşdırmaq üçün sərhədin delimitasiyası və demarkasiyası üzərində iş lazımdır”
 

Paralel.az xəbər verir ki, KTMT-nin baş katibi Stanislav Zas BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Ença ilə görüş keçirib. Erməni mətbuatı bu barədə yazır: “Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar sayəsində Qafqaz regionunda vəziyyət nisbətən sabit olaraq qalır.
Bunu KTMT-nin baş katibi Stanislav Zas BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Ença ilə söhbətində deyib: “Vəziyyətin daha da normallaşması üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə əməli işlərə ehtiyac var”.
Nigar

0.011279106140137