Azərbaycan Türkiyəyə ABŞ dolları satacaq

Azərbaycan Türkiyəyə ABŞ dolları satacaq
 

Paralel.az xəbər verir ki, Türkiyə yaxın həftələrdə Azərbaycanla 1 milyard avro dəyərində svop-müqavilə bağlamağa hazırlaşır. Bu barədə "Middle East Eye" nəşri türkiyəli məmurlara istinadən xəbər verir.

"Müqavilə demək olar hazırdır" - deyə yüksək rütbəli türkiyəli məmur bildirib.

Nəzərdə tutulmuş bu müqavilə bir neçə svop-razılaşmalardan biridir və bu müqaviləyə əsasən Türkiyə valyuta ehtiyatlarını dolduracaq.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

Ehtimallara görə Azərbaycan tərəfi Türkiyəyə hazırkı məzənnə ilə lirə qarşılığında dollar satacaq.
Akif Nəsirli

0.045994997024536