Robert Mali Barri Roseni aclıq aksiyasını dayandırmağa çağırdı

Robert Mali Barri Roseni aclıq aksiyasını dayandırmağa çağırdı
 

Paralel.az xəbər verir ki, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Barri Roseni aclıq aksiyasına son verməyə çağırıb.

Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali Vyanaya aclıq akasiyası keçirmək üçün gedən Amerikanın İranda girov götürülmüş keçmiş səfirlik işçisi Barri Rosen ilə görüşüb.

"Azad İran" Telegram kanalı xəbər verir ki, Mali Amerika hökumətinin İran zindanlarında saxlanılan girovlar məsələsini diqqət mərkəzində saxladığını bildirərək ondan aclıq aksiyasına son verməsini xahiş edib.

Mali "Twitter" hesabında Rosen ilə görüşü haqqında yazıb: "Bütün diqqətimizi bu böhran məsələsinə yönəltmişik. Cənab Rosendən öz sağlığı üçün aclıq aksiyasına son verməsini istəyirəm".

Rosen də bu görüşü olduqca konstruktiv adlandıraraq qeyd edib ki, cənab Mali ilə hazırda İran zindanlarında saxlanılan xarici və ikili vətəndaşlığı olan məhkumlara verilən əziyyətlərlə bağlı danışıqlar aparıb.
Akif Nəsirli

0.010921955108643