“ Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır”

“ Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır”
 
Araşdırmaçı jurnalist Baba Allahnəzərov yarır: “Azərbaycanın müqəddəratı Bakı uğrunda mübarizənin nəticəsindən asılı idi. 
M.Ə.Rəsulzadə"Azərbaycan "qəzetində  bu haqda yazırdı:" Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir... Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır... Bakı, əksəriyyət nüfuz etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur."

Paralel.az
0.022213935852051