"Kızılcık Şərbəti"ndə sürpriz rol: NİLAYIN ANASI SERAP GƏLİR... FOTO 

 

Show TV-nin "Gold Film"in prodüserliyi ilə yayımladığı fenomen serialı "Kızılcık Şerbeti"nə usta və çox gözəl aktrisa gəlir.

Paralel.az xəbər verir ki, üçüncü sezonunda reytinq rekordu qırmağa davam edən seriala Nilayın (Feyza Civelek) anası Serap gəlir.

Rolu Neslihan Yeldan canlandıracaq. 77-ci bölümə Neslihan Yeldanın qoşulacağı bildirilir. Digər tərəfdən Melis Civelek və Zeynep Gürün yazdığı seriala bir imam obrazı da qatılacaq. Lakin rolu oynayacaq aktyor hələ seçilməyib. Serial yeni aktyorların iştirakı ilə həyəcanını artıraraq tamaşaçılarla görüşməyə davam edəcək. Xüsusilə Neslihan Yeldanın Serap obrazı ilə seriala yeni nəfəs gətirəcəyi gözlənilir.

Şahnaz 

0.16929912567139