COP29 gözləntiləri haqqında düşüncələr

COP29 gözləntiləri haqqında düşüncələr
 

Problem varmı və necə həll olunmalıdır ?
Bəli, qlobal dünyada iqlim dəyişikliklərindən, ekoloji tarazlığın pozulmasından dolayı bəşəriyyəti narahat edən, xüsusən də kasıb ölkələr üçün yaşayış və inkişafla bağlı ciddi PROBLEMLƏR yaranıb.
Amma burada bir ədalətsizlik də var.
PROBLEMİ yaradan daha çox zəngin, inkişaf etmiş, nəhəng zavod və fabriklər qurmuş ölkələrdir .
Heç bir zavod fabriki olmayan, parnik qazı buraxmayan bir ölkənin bu problemdə rolu minimaldır.

Bəs indi bu PROBLEMİ kim həll etməlidir, onu yaradan, yoxsa hamı, əgər hamı etməlidirsə bu problemin həlli üçün ayrılan resursların nisbəti necə olmalıdır, yəni kim daha çox pul , texnologiya , resurslar qoymalıdır.
Məhz 30 ildir ki, BMT bunu həll etmək məqsədilə COP müzakirələri aparır. 29-cu da bizdə keçirilir.

COP29 müzakirələri nə verəcək?
Əslində görünən odur ki, inkişaf etmiş ölkələr problemin həlli üçün daha çox öhdəlik götürməlidir, daha çox yatırım etməlidir. Yəni burada bir diferensiallaşma olmalıdır. Az ziyan vurmusansa problemin həllinə də az resurs ayıracaqsan, çox ziyan vurmusansa çox da pul qoymalısan ortaya.
BMT-nin ötən illərdə bu tip müzakirələrində qərarlar olub ki inkişaf etmiş ölkələr hər il 100 milyarddan çox vəsaiti bu problemin həllinə yönəltməlidir.
Bu məqsədlə COP28-də BMT-nin İtki və Zərərə Cavab Fondu da yaradılıb. Lakin problemin həlli, iqlim dəyişikliyi ilə yaranan mənfi təsirlərin neytarllaşdırılması və adaptasiya üçün tələbatın daha çox, trilyon dollarla olduğu bildirilir.

Qlobal dünyanı düşündürən suallar.
İndi COP29-dan gözlənti odur ki, problemin həlli üçün ölkələr məhz bu Fonda nə qədər vəsaitlər köçürəcəklərini bildirəcəklər? Ölkələr fəsadların aradan qaldırılması, zərərli qazların məhdudlaşdırılması üçün hansı mrxanizmlər təqdim edəcəklər, bu dataya nəzarət üçün şəffaf mexanizmlər olacaqmı, cəmiyyət buna nəzarət edə biləcəkmi?
Yaşıl iqtisadiyyat üçün, rəqəmsal transformasiyalar üçün nə qədər vəsaitlər ayrılacaq?
Problemin həlli üçün COP29 ədalətli mexanizmlər tapacaqmı, yeni maliyyə mənbələri tapacaqmı ?
İqlim dəyişikliyindən zərər çəkən kasıb ölkələrin adaptasiyası necə olacaq, onlara hansı köməkliklər olunacaq?

COP29 qarşıya qoyulan vəzifəni yerinə yetirə biləcəkmi?
COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal PROBLEMİN daha da ciddiləşdiyi bir ərəfədə keçirilr.
Azərbaycan iqlim dəyişikliklləri ilə bağlı PROBLEMİN həllinə töhfə vermək üçün, maraqlı tərəflərin iştirakı üçün hər bir şərait yaradaraq , böyük resurslar ayıraraq BMT standartlarına cavab verən növbəti COP29 müzakirələrini təşkil edib.
Yəni baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz infrasturkturuna söykənib, bununla belə ölkəmiz qeyd olunan qlobal problemin üzərinə gedərək, onun həlli üçün töhfə verməkdən çəkinmir, 70 minlik də bir müzakirə platfroması yaradır.

Əlbəttə şərait yaratmaq, müzakirə üçün platforma təqdim etmək yuxarıda qeyd olunan PROBLEMİN həlli demək deyil.

Hələlik görünən odur ki, PROBLEM –i yaradan ölkələr onun həllində elə də aktiv görsənmirlər.
Min cür bəhanələrlə müzakirələrə qatılmaq istəmirlər. Belə bir problemin həlli üçün müzakirələrə qatılmaqla bağlı bəzi ölkələrin qısqanclıq səviyyəsində hərəkətləri isə ümumiyyətlə anlaşılmazdır və izahı yoxdur.

Düşünürəm ki, COP29-un PROBLEMİN həlli istiqamətindəki uğuru məhz ölkələrin yuxarıda qeyd olunan suallara verdiyi cavablardan, dünyadakı indiki mürəkkəb şəraitdə ölkələrin bu PROBLEMİN həllinə nə qədər resurslar ayırmasınadan daha çox asılı olacaq.

Azərbaycan İnternet Forumunun prezidenti

Paralel.az 

0.033736944198608