Pentaqon: Şimali Koreya qoşunları müharibədə Rusiyaya kömək edir
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Şimali Koreya qoşunlarının Rusiya ərazisində yerləşməsinə dair sübutların olduğunu bildirib.
Paralel.az xəbər verir ki, Pentaqon rəhbəri bu qüvvələrin Rusiya ərazisində olmasının məqsədilə bağlı təfərrüatlarını açıqlamaqdan çəkinib.
"Rusiyada Şimali Koreya qoşunlarının olduğuna dair sübutlar var. Onlar dəqiq nə edirlər? Bunu izləmək qalır. Bunlar bizim aydınlaşdırmalı olduğumuz şeylərdir", - Ostin deyib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib ki, KXDR hərbçilərin Rusiyanın Kursk bölgəsinə gəlməsi gözlənilir.