Əziz Əzizov indi də Beyləqan fermerlərinin suyunu kəsib - Fermerlər şikayət edir

Əziz Əzizov indi də Beyləqan fermerlərinin suyunu kəsib - Fermerlər şikayət edir
 

Camaat deyir ki, başçı fermerlərdən "hesab" istəyir

Beyləqandan ilginc xəbər almışıq. İcra başçısı fermerlərin sahəsinə gedən suyu kəsdirib. Bunu redaksiyaya zəng edən fermerlər deyib.

Beyləqan rayonuna təzə icra başçısı təyin olunan Əziz Əzizovun qısa müddətdə etdiyi qanunsuz hərəkətlərdən rayon əhalisi çox narazıdır.

Məmurlar deyir ki, rayonun sabiq icra başçısı 5 il 8 ay vəzifədən işləyən Asif Ağayevin korrupsiya ittihamı ilə vəzifədən azad olunması Əziz Əzizov üçün əla fürsət yaradıb. O, bu fürsətdən istədiyi kimi, çox məharətlə istifadə edir.

Məsələn, Beyləqan camaat deyir ki, icra başçısı vəzifəyə gələn kimi rayonda olan ərazi nümayəndələri və bələdiyyə sədrlərinin hər birindən min manat pul alıb, RİH-in binasını bazarın sahibinə və adı korrupsiyada çəkilən bir neçə məmurun hesabına təmir etdirib, bir neçə idarə müdirini və aparat işçilərini işdən çıxarmaqla hədələyib və nəhayət, beyləqanlı fermerlərin sahələrinə gedən suyu kəsdirib.

Fermerlərin dediyinə görə, indi də onlara məxsus olan sahələri suvarmaq üçün su arxlarını kəsən icra başçısı onları özündən asılı vəziyyətə salmağa çalışır. Əziz Əzizov fermerləri bu yolla zorla görüşə dəvət edir ki, onlara desin ki, "mənimlə hesablaşmaq lazımdır", yəni hesab vermək lazımdır...

Murtuza, Paralel.az

 

 

0.0069189071655273