Qəzzada Qaçqın Düşərgəsinə hücum nəticəsində 33 nəfər ölüb
İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibəliyə Qaçqın Düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər həlak olub, 85 nəfər isə yaralanıb.
Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail tərəfindən 14 gündür mühasirədə saxlanılan Qəzza zolağının şimalında axşam saatlarında Cibəliyə Qaçqın Düşərgəsi və ətraf bölgələri ağır bombardman edilib, səhiyyə sisteminin çökdürülməsi və rabitə xətlərinin kəsilməsi humanitar fəlakətə səbəb olub.
Qəzzada Fələstin hökumətinin verdiyi yazılı açıqlamaya görə hava hücumları nəticəsində 21-i qadın və uşaq olmaqla ən azı 33 fələstinli həlak olub. Vəziyyəti ağır olanlar da daxil olmaqla 85 nəfərin yaralandığı bildirilir. Açıqlamada dağıntılar altında hələ də çoxlu adamın olduğu təxmin edildiyi üçün ölənlərin sayının 50-yə çata biləcəyi ehtimal olunur.