Məhəmməd Peyğəmbərin (s) ermənilərə məktubu olubmu ? Erməni yalanlarının ifşası
Erməni yalanlarının ifşası
Fotoda göstərilən sənədi erməni sosial mediasında və qəzetlərində, saytlarında və hətta ciddi konfranslarda paylaşıb iddia edirlər ki, guya bu sənəd Məhəmməd Peyğəmbərin (s) Qüds şəhərində olan erməni patriarxlarına yazdığı məktub və ermənilərlə bağlı sərəncamıdır. Erməni alimlərin iddiasına görə 626-cı ildə, Qüds partirarxı Apraam 40 nəfər ilə birgə Məkkəyə gəlmiş, Peyğəmbər (s) ilə görüşmüş və İslamın yayılması üçün öz köməklərini təklif ediblər..
Görüşün sonunda da Peyğəmbər (s) onlarla bağlı belə sərəncam verib:
"Dünyada yeganə torpaqları və inancları əlindən alına bilinməz olan xalq, erməni xalqıdır. Mən, Abdullahın oğlu, peyğəmbər və Allahın qulu olan Məhəmməd, Patriarx Apraama hörmət edirəm. Mən, Məhəmməd peyğəmbər, Allahın şahidi və ətrafımdakı 30 nəfərlə birlikdə Qüdsün hər yerində olan erməni kilsələrini harada olmalarından asılı olmayaraq toxunulmaz elan edirəm. Bütün bunları Peyğəmbər olaraq öz adımdan və müsəlman möminlərimin adına bəyan edirəm. "
İndi isə gəlin bu yalanı ortaya çıxaraq. Birinci soldakı fotonu ermənilər paylaşır və sağdakı foto isə əslidir. Hiss edilir ki, erməni fotoşopları burda yaxşı işləyiblər. Eyni zamanda bu sənədi tərsinə qoyaraq paylaşırlar ki, onu oxumaq çətin olsun.
Reallıqda isə bu sərəncam Qüdsün xilaskarı sayılan Səlahəddin Əyyubinin məktubu və sərəncamıdır. Sağdakı, orjinal fotoda bunu asanca görmək olar. Bu sərəncam Qüdsdə xristian məbədlərinə zərər verilməməsi ilə bağlıdır və ermənilərə aidi yoxdur.
Bu saxta foto Kanadanın Monreal şəhərində yaşayan Qarbis Harboyan tərəfindən Livanın Beyrut şəhərindəki erməni qəzeti Aztaqda dərc edilib 2002-ci ildə. Müəllif yazıda istinadı Dikran Sayalanians tərəfindən 1931-ci ildə Yerusəlim Erməni Patriarxlığı tərəfindən nəşr edilmiş ikicildlik, 1385 səhifəlik “Qüds tarixi” kitabından götürüb tərcümə edilməsinə edir. Bu Dikran da 30-cu illərdə onu məqalə kimi dərc edib və 1979-cu ildə Amerikadakı erməni qəzetləri təkrar onu yayıblar. Müəllif də Dikran Sayalaniansa istinad edərək yenidən onu 2002-ci ildə gündəmə gətirib.
Mən bu kitabı axtardım, onun orjinal nüsxəsi online olaraq tapa bilmədim. Bununla bağlı bir neçə kitabın olma ehtimalı olan kitabxanalara yazdım və mənə yazılan cavablarda kitabda belə bir yazının olmadığını bildirdilər.
Məktubla bağlı da verilən cavabların da surətini paylaşıram və orda yazılır:
"Belə bir fərmanın olması ehtimalı çox azdır. Əgər hər hansı bir “sarımtıl nüsxə” varsa, bu, çox güman ki, Osmanlı və ya Abbasilər dövrünün saxtakarlığıdır. Məhəmmədin məktubları və fərmanları ilə bağlı Osmanlı dövrünün başqa məşhur saxtakarlıqları da olmuşdur"
İkinci bir cavabı da təqdim edirəm:
"Məhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) heç oxumağı və yazmağı bacarmırdı. Onun fərman verməsinin mümkün olduğunu düşünmürəm.
Bu yazının müəllifinin özünü qeyd etdiyinə görə siyasi gündəmi olması daha realdır: Türkiyə və Azərbaycanın İslam dünyasında yaydığı anti-erməni təbliğatına qarşı çıxmaq"
Məncə kifayət edər cavablar erməni yalanın üzə çıxarmaq üçün.
Və ən əsası bunlar Peyğəmbər (s) bu yazı ilə rasist və irqçi kimi təqdim etməyə cəhd edirlər özləri də bilmədən. Axı Peyğəmbər Qurana zidd danışa bilməyəcəyinə görə onun heç zaman irqi, dini ayrı-seçkilik salması mümkün deyil. Peyğəmbər rasizmə heç vaxt yol verə bilməz. O bir milləti digərlərindən üstün yaxud aşağı tuta bilməz idi. İstəyir hansı millət olursa olsun, Peyğəmbərin(s) xüsusi himayəyə götürməsi dinin özünə belə zidd idi. Elə Qurandan irəli gələn əsas tələb də bu idi: "Üstünlük ancaq və ancaq Allah qarşısında əməllərimlə ölçülür”.
Demək buradan aydın olur ki, ermənilər bunu islam dünyasının özünə belə yönələn bir təhqir olduğunu bilərək, yaxud bilmədən yazıb paylaşırlar..
Erməni alimi Papazyan guya Məhəmməd peyğəmbərin adından yazılmış məktublar barədə qeyd edir:
“Sənədin mətni təhrif edilib və bir çox qrammatik və orfoqrafik səhvlərlə yazılıb, eyni sənədi Matenadaranda saxlanılan başqa bir nüsxəsi də eyni savadsız və dəyişkən əlyazma ilə yazılıb. Bu sənədlərin yüzlərlə nüsxələri Ermənistanda və Türkiyədə sıx məskunlaşmış erməni mərkəzlərində yayılıb”,
Məhəmməd Peyğəmbərin (s) Qüds ermənilərinə heç vaxt məktub göndərməmişdir. Əgər belə olsaydı, qədim islam mənbələrində də bu məsələyə toxunulardı. Belə fakt isə heç bir islam mənbələrində yoxdur və olmayacaq da.
Son olaraq qeyd edim ki, İslam Peyğəmbərinə (s) belə "hörmət' edirdilərsə ermənilər Ağdam, Şuşa və digər işğal edilən torpaqlarda məscidləri dağıtmaz, orda donuz saxlamaz, qəbirləri söküb aparmaz və dini abidələri yerlə yeksan etməzdi.
Zaur Aliyev , dosent
Paralel.az