Ukraynadakə münaqişədə ABŞ-ın HƏDƏFİ - "Hazırda heç bir şərait yoxdur..."
ABŞ üçün prioritet Ukrayna və Rusiya arasında danışıqlar üçün şərait yaranana qədər Kiyevi lazımi silahlarla təmin etmək olaraq qalır.
Paralel.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, diplomatik həll yolu Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Nazirlik rəsmiləri vurğulayıblar ki, münaqişə həll olunana qədər Kiyevə dəstək verilməsini zəruri hesab edirlər. Pentaqon onu da bildirib ki, hazırda Rusiya və Ukrayna arasında səmərəli danışıqlar üçün heç bir şərait yoxdur.
Oktyabrın 10-da İtaliyanın “Corriere della Sera” qəzeti yazıb ki, Ukrayna lideri Volodimir Zelenski Ukraynanın ərazilərini itirdiyini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazırdır, bunun müqabilində Kiyev Qərbdən təhlükəsizlik zəmanəti istəyir.
“Bloomberg” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı çətin vəziyyəti, ABŞ-da prezident seçkilərinin yaxınlaşması və Kiyevin Qərb müttəfiqlərinin “gərgin” büdcələri Qərbi münaqişənin danışıqlar yolu ilə həlli variantını daha ciddi nəzərdən keçirməyə vadar edib.