İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir

İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir
 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani İsrailin Livana hücumunda yaralanmayıb, ancaq təhlükəsizlik pozuntuları ilə bağlı istintaq altındadır və sorğu-sual edilir.

Paralel.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Middle East Eye" SEPAH-a yaxın mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra SEPAH İsrailin Livan hərəkatının ən yüksək rütbəli rəhbərliyinə necə nüfuz edə bildiyi və Həsən Nəsrullahın yerini necə öyrəndiyi ilə bağlı araşdırmalar başladıb. Eyni zamanda Kaani də sorğu-suala cəlb olunub.

Qeyd olunub ki, Livan və İraq mənbələri İsmayıl Kaaninin ev dustağı olduğunu və dindirildiyini xəbər veriblər.

 

0.021185874938965